1914-1915-ci illərdəki erməni vəhşiliklərinin məqsədi məskunlaşdıqları regionu türksüzləşdirmək olub.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl bildirib.
O qeyd edib ki, ermənilərin sadəcə 1914-15-ci illərdə törətdikləri qətliamları araşdırmaq doğru deyil:
“Ədirnə Müqaviləsindən (1829) sonra bölgədə etnik tarazlıq dəyişdi, erməni məsələsi üzərində oyunlar başladı. 1829-1914-cü illərdə bölgəyə xeyli sayda erməni yerləşdirildi. Azərbaycanda da ermənilər tərəfindən törədilən ilk qətliamlar 1905-1906-cı illərdə baş verib. Sonrakı kütləvi qırğınlar 1915-1918-ci illəri əhatə edib”.
T.İsmayıl vurğulayıb ki, həmin tarixlər üzrə erməni zülmkarlığından Rusiya arxivlərində ümumi 600 min, Osmanlı arxivlərində isə 750 min insanın həyatını itirdiyi qeyd edilib.