Prezident Ofisi: "Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq"

Prezident Ofisi: "Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq" "Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır".
Region
120
25 Aprel , 2022 15:30
Prezident Ofisi: Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq

"Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır".

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Smirnov deyib.

“Hazırda tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır, tribunalın yaradılması və fəaliyyətinin optimal formatı müəyyənləşdirilir. Bu ideyanı Avropa və dünya ziyalıları, aparıcı beynəlxalq hüquqşünaslar, ictimai xadimlər dəstəkləyiblər. Müharibədə iştirak edən hər bir rus haqqında məlumat toplanılır. Bu məlumatlar sonradan bütün vətəndaşlarımız və sivil dünya üçün əlçatan olacaq", - o qeyd edib.

A.Smirnov bildirib ki, beynəlxalq tərəfdaşlarla müvafiq danışıqlar bu həftə davam etdiriləcək.

O həmçinin vurğulayıb ki, artıq ölkədə 6 məhkəmənin işi bərpa olunub. Bunlar Jitomir vilayətinin Brusiliv, Malın və Ovruç rayon məhkəmələri, Kiyev vilayətinin İvankiv rayon məhkəməsi, Sumı vilayətinin kommersiya məhkəməsi və Çerniqov vilayətinin kommersiya məhkəməsidir. Bundan əlavə, Çerniqov, Sumı və Kiyev vilayətlərində bütün məhkəmələr şəbəkəsinin bərpası üçün səy göstərilir.

Son xəbərlər

Orphus sistemi