Polşa diplomatı Belarus XİN-ə çağırılıb
Region
- 05 avqust, 2025
- 12:15
Polşanın müvəqqəti işlər vəkili 9-10 avqust tarixlərində Varşavada keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ruslan Varankov bildirib.
XİN-in məlumatına görə, Pilsudski meydanında və Varşava Universitetində keçiriləcək tədbir Belarusa qarşı yönəlib.
"Aksiyanın təşkilatçıları və iştirakçıları rəsmi Varşavanın dəstəklədiyi, destruktiv və təxribatçı fəaliyyətləri ilə tanınan belaruslu mühacirlərdir. Nazirlik hesab edir ki, bu cür aksiyalar dövlətlərimiz arasında normal dialoqun bərpasına kömək etmir və birbaşa Belarus-Polşa münasibətlərinə xələl gətirir", - o bildirib.
Bununla əlaqədar səfirə müvafiq nota təqdim edilib.
Son xəbərlər
14:03
İrlandiya "Google"u 403 milyon avro cərimələyib
Digər ölkələr13:49
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Digər13:45
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
Futbol13:32
Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb
Fərdi13:24
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur13:21
Foto
Video
Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib
Hərbi13:18
Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb
Hadisə13:16
"Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir
Futbol13:08