Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Region
- 30 sentyabr, 2024
- 14:21
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, M.Mişustin Rusiya-İran münasibətlərinin müxtəlif sahələrdə böyük perspektivlərə malik olduğunu qeyd edib.
“7 ay ərzində ticarət dövriyyəmizin 6,5 faiz artmasına baxmayaraq, hesab edirəm ki, Rusiya ilə İran arasında enerji, nəqliyyat, sənaye, ticarət, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, – o bildirib.
Baş nazirin sözlərinə görə, həmin gün İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar zamanı hər iki ölkəni maraqlandıran məsələlər müzakirə edilib.
M.Mişustin qeyd edib ki, İrandan nəqliyyat qovşağı kimi istifadə imkanları nəzərdən keçirilib.
Son xəbərlər
16:32
Azərbaycan çempionu: "Bilyard xanımlar üçün gözəl oyundur" - MÜSAHİBƏ
Fərdi16:29
Pakistan Azərbaycanın süni intellektə əsaslanan təcrübəsindən yararlanmaq istəyir
İKT16:27
Vüqar Əhmədov Qobustanda vətəndaşlarla görüşüb
Energetika16:25
Rəy
Qazaxıstanın müstəqillik Günü – assimilyasiyadan qurtulan türk toplumu - ŞƏRH
Analitika16:24
Qırğızıstan TRASEKA-nın çoxtərəfli icazələr sisteminə qoşulub
İnfrastruktur16:19
Zelenski Ukrayna ilə bağlı Konvensiyanın imzalanmasında iştirak edəcək
Digər ölkələr16:17
"Unibank"ın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
Maliyyə16:14
AQTA rəsmisi: Elektron siqretlərdəki formaldehidin həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur
Sağlamlıq16:11
Foto