İran Prezidenti: İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin
Region
- 11 sentyabr, 2024
- 13:32
İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian İraqa səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.
İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.
İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacib olması ilə razılaşdığını bildirib. O, iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb.
Son xəbərlər
22:13
ABŞ Energetika Nazirliyi neft hasilatı proqnozunu gündə 13,61 milyon barelə qaldırıb
Digər ölkələr22:03
Video
İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Xarici siyasət22:02
ABŞ Sudandakı münaqişə ilə əlaqəli şəxslərə və qurumlara sanksiyalar tətbiq edib
Digər ölkələr21:57
"Sabah" basketbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Komanda21:55
Merts: Azərbaycanla sülh Ermənistan üçün Aİ ilə yaxınlaşma imkanı açır
Xarici siyasət21:46
Foto
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Mədəniyyət siyasəti21:45
Foto
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
Xarici siyasət21:35
Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib
Futbol21:18
Foto