Rusiya Ciddədəki danışıqların detalları haqqında tam məlumat almağa ümidlidir

Rusiya Ciddədəki danışıqların detalları haqqında tam məlumat almağa ümidlidir Rusiya yaxın vaxtlarda ABŞ ilə planlaşdırılan danışıqlarda Ciddədəki (Səudiyyə Ərəbistanı) görüşün detalları haqqında tam məlumat almağa ümid edir.
Region
12 mart 2025 14:02
Rusiya Ciddədəki danışıqların detalları haqqında tam məlumat almağa ümidlidir
Dmitri Peskov

Rusiya yaxın vaxtlarda ABŞ ilə planlaşdırılan danışıqlarda Ciddədəki (Səudiyyə Ərəbistanı) görüşün detalları haqqında tam məlumat almağa ümid edir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz əvvəlcə bu məlumatı almalıyıq. "Dünən Ciddədə deyildiyi kimi, dövlət katibi Mark Rubio və milli təhlükəsizlik üzrə köməkçi Mayk Uoltsun bu günlərdə müxtəlif kanallar vasitəsilə bizi aparılmış danışıqların detalları və əldə edilmiş anlaşmalar barədə məlumatlandıracaqlarını gözləyirik", - o söyləyib və əlavə edib ki, bundan sonra Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifi öyrəniləcək.

Qeyd edək ki, dünən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqların nəticələrinə əsasən, ABŞ tərəfi dərhal atəşkəs rejiminin bərqərar olmasına çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kiyev və Vaşinqtonun danışıqların nəticələrinə dair birgə bəyanatını dərc edib. Bəyanatda qeyd olunub ki, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifinə hazırdır.

Son xəbərlər

Orphus sistemi