Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib
Region
- 04 oktyabr, 2023
- 12:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib.
"Report" xəbər verir ki, bu barədə baş nazir parlamentdə "hökumət saatı"nda bildirib.
O, opponentlərini müstəqil siyasət apara bilməməkdə ittiham edib.
“Planınız baş tutmadı”, - deyə Nikol Paşinyan müxalifət fraksiyasının nümayəndələrinə xitabən deyib.
Onun qənaətincə, müxalifət Qarabağı riskə atıb.
“Planınız və istəkləriniz baş tutmadı - siz Ermənistanı müharibəyə cəlb etmək istəyirdiniz, nəticədə məcburi köçkün olan soydaşlarımız Ermənistanda sığınacaq tapa bilməyəcək, nəticədə Daşnaksütyunun getdikcə azalan sıralarını gücləndirmək üçün Bostona, Los-Ancelesə köçəcək" - deyə baş nazir bəyan edib.
Son xəbərlər
07:56
Foto
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - yenilənib
Hadisə
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr