Paşinyan ABŞ-də işgüzar səfərdə olacaq - YENİLƏNİB
Region
- 26 sentyabr, 2025
- 13:35
Ermənistanın Baş naziri Nikol Paşinyan 26-27 sentyabr tarixlərində ABŞ-də işgüzar səfərdə olacaq.
"Report" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"O, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və yüksək səviyyəli debatlar seqmentində çıxış edəcək", - o qeyd edib.
Bundan əlavə, səfər çərçivəsində N.Paşinyanın BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü də planlaşdırılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka yollanır.
"Report" xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkədə yazıb.
O, dünən Rusiyanın paytaxtında keçirilən "Ümumdünya Atom Həftəsi" forumunda iştirak edib, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirib.
Son xəbərlər
09:17
Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək
Daxili siyasət09:09
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.09.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.09.2026)
Maliyyə08:52
Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Digər ölkələr08:46
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Xarici siyasət08:16
Bakıda 10 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:10
Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
Digər ölkələr08:06