Paşinyan "Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini" alqışlayıb

Paşinyan "Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini" alqışlayıb Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona Cənubi Qafqazda sülhün bərqərar olunması səylərinə görə təşəkkür edib.
Region
21 Dekabr , 2024 13:01
Paşinyan Makronun Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı səylərini alqışlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona "Cənubi Qafqazda sülhün bərqərar olunması səylərinə" görə təşəkkür edib.

Bu barədə “Report” "İnterfaks"a istinadən xəbər verir.

"Dost Fransaya və şəxsən sizə Ermənistanın suverenliyinin, ölkəmizdə dayanıqlılığın və demokratiyanın möhkəmləndirilməsinə, həmçinin Cənubi Qafqaz regionunda davamlı və ədalətli sülhün bərqərar olunmasına yönəlmiş səylərə və dəstəyə görə bir daha təşəkkür etmək istəyirəm", - Paşinyan Makronun ad günü münasibətilə təbrikində yazıb.

Onun sözlərinə görə, Makronun Prezidentliyi dövründə "Ermənistan və Fransa arasında xüsusi münasibətlər" strateji tərəfdaşlığın yeni səviyyəsinə çatıb.

Həmçinin, N.Paşinyan Fransa Prezidentinin 2025-ci ildə Ermənistana səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi