Paşinyan keçmiş separatçıların şərtləri ilə ermənilərin Qarabağa qayıtmasını real saymır

Paşinyan keçmiş separatçıların şərtləri ilə ermənilərin Qarabağa qayıtmasını real saymır Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin, indi separatçı rejimin bəzi keçmiş nümayəndələri tərəfindən formalaşdırılan məntiqlə, geri qayıtmasının real olmadığını bildirib.
Region
31 Avqust , 2024 14:04
Paşinyan keçmiş separatçıların şərtləri ilə ermənilərin Qarabağa qayıtmasını real saymır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin, indi separatçı rejimin bəzi keçmiş nümayəndələri tərəfindən formalaşdırılan məntiqlə, geri qayıtmasının real olmadığını bildirib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında söyləyib.

Ermənistanın baş naziri bildirib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar.

“Mənim özümü ötən il ermənilərin Qarabağı və Şərqi Zəngəzuru tərk etməsinə maneə törətməkdə günahlandırırdılar, indi isə insanların ora qayıtmasına mane olduğuma görə mənə irad tuturlar”, - Paşinyan deyib.

Paşinyan vurğulayıb ki, qondarma rejimin ləğvindən bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verib və bu, Ermənistandakı məlum dairələr (müxalifət qüvvələrini nəzərdə tutur – red.) tərəfindən dəstəklənib.

Son xəbərlər

Orphus sistemi