İnsanlara daş, “Molotov kokteylləri" atmaq, pirotexniki vasitələrdən istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.
“Qoy Gürcüstan televiziyalarını açsınlar, Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexniki vasitələrdən istifadə edilməsini hansısa zarafat adlandırmasını, 140 polisin xəsarət almasını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən istifadə etmək – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu, utancvericidir”, - parlament sədri vurğulayıb.