Özbəkistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2

Özbəkistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2 Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.
Region
27 Oktyabr , 2024 19:32
Özbəkistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB-2

Özbəkistanda yerli vaxtla saat 15:00-a olan məlumata görə, Ali Məclisin Qanunvericilik Palatası və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Bəhrom Kuçkarov deyib.

Onun sözlərinə görə, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Ən çox seçici fəallığı Fərqanə vilayətində - 69,22 %, Namanqanda (68,08) və Cizzəkdə (66,83) qeydə alınıb.

Qeyd edək ki, Özbəkistanda seçkilər ölkədə ictimai-siyasi fəallığın artması şəraitində “Mənim seçimim firavan Vətəndir” şüarı altında keçirilir.

Seçkilərdə beş partiya iştirak edir. Səsvermələrin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

18:38

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.

“Saat 17:00-a olan (Bakı vaxtı ilə saat 15:00-red) məlumata görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici və ya ümumi siyahının 71,52 faizi səs verib”, - o deyib.

Qeyd edək ki, parlament seçkiləri baş tutmuş hesab olunur.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

18:04

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb.

Belə ki, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi