Özbəkistanda ilk universal traktor istehsal edilib

Özbəkistanda ilk universal traktor istehsal edilib Özbəkistanda Çirçik kənd təsərrüfatı maşınqayırma klasterində ilk universal traktor istehsal edilib.
Region
2 Avqust , 2023 21:00
Özbəkistanda ilk universal traktor istehsal edilib

Özbəkistanda Çirçik kənd təsərrüfatı maşınqayırma klasterində ilk universal traktor istehsal edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klaster ölkə başçısının 2021-ci ilin noyabrında imzaladığı sərəncama əsasən, Çirçik kənd təsərrüfatı maşınları zavodunun bazasında yaradılıb, hazırda ildə 15 minə qədər traktor, qoşqu və digər texnika istehsal etmək gücündədir.

"Bu yaxınlarda klasterdə ilk yerli məhsul olan universal traktor istehsal edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, Mirziyoyev yeni müəssisəyə baş çəkəcək və orada yığılmış kənd təsərrüfatı texnikalarının ilk nüsxələrinə baxacaq.

Klaster alternativ enerji mənbələrindən istifadə edir. Xüsusilə, 20 min kvadratmetr sahədə sənaye binalarının damlarında günəş panelləri quraşdırılıb ki, bu da klasterin elektrik enerjisinə olan tələbatının 30%-ə qədərini ödəməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi