Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Özbəkistanın fəaliyyətdə olan prezidenti İslam Kərimov Daşkənddə ölkə parlamentinin Yuxarı və Aşağı palatalarının birgə iclasında yenidən prezident andı içib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, andiçmə mərasiminə Özbəkistan
Mərkəzi Seçki Komissiyasının sədri Mirzə Uluqbəy Abdusalamov İslam Kərimova Özbəkistan prezidenti vəsiqəsini təqdim edib.
Bundan sonra İslam Kərimov "Quran"a və ölkə Konstitusiyasına əl basaraq and içib.
Xatırladaq ki, bu il martın 29-da Özbəkistanda prezident seçkisi keçirilib. Seçkidə iştirak edən seçicilərin 90,39 %-i İslam Kərimova səs verib. O, 2007-ci ildə keçirilmiş seçkidə isə səslərin 88,1%-ni qazanmışdı.