Oliksiy Reznikov: “Ukrayna ordusu düşmənin müdafiəsini yarmağa hazırlaşır”

Oliksiy Reznikov: “Ukrayna ordusu düşmənin müdafiəsini yarmağa hazırlaşır” “Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”.
Region
5 Aprel , 2023 13:03
Oliksiy Reznikov: “Ukrayna ordusu düşmənin müdafiəsini yarmağa hazırlaşır”
Oleksiy Reznikov

“Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”.

O.Reznikov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı seçəcək.

Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.

Son xəbərlər

Orphus sistemi