Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür"

Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür" "Bütün faktlar ABŞ-a göndərilib"
Region
14 İyul , 2017 16:13
Nüman Qurtulmuş: Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür

Türkiyə, Ankara. 14 iyul. REPORT.AZ/ "FETÖ terror təşkilatının rəhbəri Amerikada, Pensilvaniyada oturur. Amerika-Türkiyə münasibətləri baxımından Fətullah Gülən həbs edilməlidir".

"Report"un xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

Baş nazirin müavini qeyd edib ki, bütün faktlar ABŞ-a göndərilib və Gülənin həbs edilərək Türkiyəyə ekstradisiya edilməsi üçün işlər görülür: "Amerika bunu nəzərə almalıdır".

Son xəbərlər

Orphus sistemi