NATO Rusiyanın Ukraynadakı separatçı rejimləri tanıması ehtimalına münasibət bildirib
Region
- 15 fevral, 2022
- 12:55
“Rusiya qondarma Donetsk və Luqansk respublikalarını tanısa, beynəlxalq hüququ pozmuş olacaq və Minsk razılaşmaları əsasında münaqişənin həllini çətinləşdirəcək”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.
Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.
Son xəbərlər
11:36
Xarici vətəndaşlar onlara göstərilən tibbi xidmətlərə görə ödədiyi ƏDV-nin bir hissəsini geri alacaq
Maliyyə11:34
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı açıqlanıb
Biznes11:30
ÜƏMT rəsmisi: Azərbaycanla əqli mülkiyyət sahəsində sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik
Xarici siyasət11:29
Şirkətinizdə gündəlik xərclərə vergi qənaəti əldə edin!
Biznes11:27
Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:24
"İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:24
"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:22
Çuvaşiyada PUA hücumundan doqquz nəfər zərər çəkib
Region11:20