MKİ direktoru Rusiyaya xəbərdarlıq etmək üçün Moskvada səfərdə olub

MKİ direktoru Rusiyaya xəbərdarlıq etmək üçün Moskvada səfərdə olub ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Rusiyada səfərdə olub.
Region
6 Noyabr , 2021 04:04
MKİ direktoru Rusiyaya xəbərdarlıq etmək üçün Moskvada səfərdə olub

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Rusiyada səfərdə olub.

“Report” xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ prezidenti Cozef Bayden bu həftə MKİ direktoru Uilyam Bernsi Moskvaya, Rusiyanın Ukrayna ilə sərhədə yaxın qoşunların sayının artırılmasını rəsmi Vaşinqton tərəfindən diqqətlə izlənilməsi barədə xəbərdarlığını çatdırmaq üçün göndərib.

Uilyam Berns həmçinin, Rusiyanın hərəkətlərinə nəyin səbəb olduğunu müəyyən etməli idi.

Telekanal qeyd edib ki, ABŞ kəşfiyyatının rəhbəri ikigünlük səfəri zamanı Rusiyanın Ukrayna və Avropa ölkələrinə qaz ixracından rıçaq kimi istifadə edə biləcəyindən narahatlığını ifadə edib. MKİ rəhbəri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi