Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketinin verildiyini deyib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu A.Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının Şimali Makedoniyanın Skopye şəhərində keçirilən toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.
Məlumata görə, nazirlər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan da danışıblar. A.Mirzoyan vurğulayıb ki, prosesin irəliləməsi imkanından yararlanmaq üçün Ermənistan ötən həftə ikitərəfli saziş layihəsi üzrə təkliflər paketini Azərbaycana təqdim edib.