MDB XİN başçılarının növbəti iclasının yeri və tarixi açıqlanıb
Region
- 14 aprel, 2022
- 06:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib.
“Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək”, - o deyib.
Onun sözlərinə görə, MDB xarici işlər nazirlərinin yaz iclasının gündəliyi çox zəngin olacaq. İdarə direktoru söyləyib ki, nazirlər beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Son xəbərlər
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq