Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu

Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlan Tixanovskaya təhlükəsizlik məqsədilə Litvaya gedib
Region
1254
11 Avqust , 2020 09:57
Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu

Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlana Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Litvanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi