Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı “
Dövlət başçıları yaxın vaxtda keçiriləcək görüşün tarixini dəqiqləşdiriblər. Görüşn əsas məqsədi prezidentlərin əvvəllər verdiyi tapşırıqların iki hökumət tərəfindən icrasına nəzarət etmək olacaq. Bu, ilk növbədə idxalın əvəzlənməsi sahəsi və bütün istiqamətlər üzrə anti-sanksiya əməkdaşlığına şamil olunur.
Eyni zamanda, prezidentlər Ali Dövlət Şurasının iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.
“Ali Dövlət Şurasının iclasına hazırlıq müzakirə edilib. İttifaq dövlətinin Nazirlər Şurasının iclasının fevral ayına təyin edilməsi ilə əlaqədar olaraq, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi nəzərdə tutulub. Görüşdə, gözlənildiyi kimi, mövcud sazişlər rəsmiləşdiriləcək, müvafiq sənədlər imzalanacaq”, - teleqram kanalı bildirib.
Lukaşenko və Putin Belarus və Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətləri də müzakirə ediblər.