Lavrov: “Rusiyanın Ermənistandakı hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr zərərlidir”

Lavrov: “Rusiyanın Ermənistandakı hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr zərərlidir” Rusiya hərbi bazası sazişə uyğun olaraq Ermənistanda yerləşir və onun bu ölkənin ərazisində məqsədəuyğunluğundan danışmaq zərərlidir.
Region
28 dekabr 2023 05:55
Lavrov: “Rusiyanın Ermənistandakı hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr zərərlidir”
Sergey Lavrov

Rusiya hərbi bazası sazişə uyğun olaraq Ermənistanda yerləşir və onun bu ölkənin ərazisində məqsədəuyğunluğundan danışmaq zərərlidir.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

“Biz Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ümumi məqsədinə əsaslanaraq imzalanıb”, - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, bu gün Rusiya ordusu regionda sülhün təmin edilməsində əsas elementdir.

Son xəbərlər

Orphus sistemi