Latviyada Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyənlər vətəndaşlıqdan məhrum ediləcək

Latviyada Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyənlər vətəndaşlıqdan məhrum ediləcək Latviya parlamenti Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyənlərin ölkə vətəndaşlığından məhrum olunmasına dair “Vətəndaşlıq haqqında” qanuna düzəliş və dəyişiklikləri ikinci, sonuncu oxunuşda qəbul edib.
Region
21 Aprel , 2022 12:59
Latviyada Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyənlər vətəndaşlıqdan məhrum ediləcək

Latviya parlamenti Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyənlərin ölkə vətəndaşlığından məhrum olunmasına dair “Vətəndaşlıq haqqında” qanuna düzəliş və dəyişiklikləri ikinci, sonuncu oxunuşda qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Latviya Seyminin Mətbuat Xidməti yayıb.

Məlumata görə, dəyişiklikdə başqa bir demokratik dövlətə qarşı hərbi cinayəti dəstəkləyən şəxslər Latviya vətəndaşlığından məhrum ediləcək.

Seymin Mətbuat Xidməti bildirib ki, hərbi əməliyyatları dəstəkləyən şəxs barədə məlumatlar dövlət təhlükəsizlik orqanları tərəfindən təqdim olunacaq: “Məsələ ilə bağlı şikayət qəbul edilmir”.

Latviya Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, fevralın 24-dən aprelin əvvəlinə qədər Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək verilməsi ilə bağlı 14 cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi