Krasnodar diyarında ağır yol qəzası olub, ölən və yaralananlar var
Region
- 30 mart, 2024
- 16:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Krasnodar diyarının Novokubansk rayonunun ərazisində minik avtomobili və poçt furqonunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə bölgənin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yol qəzası Armavir – Otradnaya yolunda baş verib:
“VAZ 2114” markalı avtomobilin sürücüsü yol kənarına çıxaraq idarəetməni itirib və qarşı yola çıxaraq əks istiqamətdə hərəkətdə olan “Luidor” markalı furqonla toqquşub”.
Məlumata görə, hadisədə minik avtomobilinin 29 yaşlı sürücüsü və 40 yaşlı sərnişini ölüb. Furqonda isə bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr