Kobaxidze: ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir

Kobaxidze: ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqəti haldır.
Region
1 Dekabr , 2024 14:40
Kobaxidze: ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir

ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqəti haldır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır.

“Görürsünüz ki, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bunu Ukrayna ilə əlaqəli etdilər, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Bu, Salome Zurabişvili kimi müvəqqəti hadisədir”, - Baş nazir bildirib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində bildirib ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmağı qərara alıb. Sonradan ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Son xəbərlər

Orphus sistemi