Kiyevdə atışma olub, 3 nəfər yaralanıb

Kiyevdə atışma olub, 3 nəfər yaralanıb Naməlum silahlı şəxslər hadisə yerindən qaçaraq gizləniblər
Region
10 Avqust , 2017 13:19
Kiyevdə atışma olub, 3 nəfər yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində dəmiryolu vağzalının yaxınlığında iki naməlum şəxsin travmatik tapançadan açdığı atəş nəticəsində 3 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Milli Polisi Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Hadisə avqustun 10-da yerli vaxtla səhər saatlarında olub.

Məlumata görə, üç kişi ayaq və əllərindən yaralanıb. Naməlum silahlı şəxslər isə hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi