KİV: Ümumerməni katolikosu II Qareginə hücum olub

KİV: Ümumerməni katolikosu II Qareginə hücum olub Ümumerməni katolikosu Qaregin ikinciyə hücum edilib.
Region
28 May , 2024 15:11
KİV: Ümumerməni katolikosu II Qareginə hücum olub

Ümumerməni katolikosu II Qareginə hücum edilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinə yaxın bilinən “Baqramyan 26” teleqram kanalı məlumat yayıb.

Kanal bildirib ki, Qaregin əməlinin cavabını alıb: “İndi o, əkdiyini biçir”.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları Sərdarapat memorialına yaxınlaşan II Qareginin yolunu kəsib, onun memorial kompleksə daxil olmasına maneə yaradılıb. Bununla belə, bir neçə dəqiqə sonra II Qaregin memorialın yanına çata bilib.

Ondan əvvəl həmin əraziyə Ermənistanın baş naziri Nikol Paşinyan gedib. Hökumət başçısı “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri oradan ayrıldıqdan bir neçə saat sonra kompleksə baş çəkib.

Qeyd edək ki, indiyədək Ermənistanın tarixində belə hadisə baş verməyib.

Son xəbərlər

Orphus sistemi