İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - YENİLƏNİB

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - YENİLƏNİB İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlament üzvü Məsud Pezeşkian iyulun 5-də keçiriləcək seçkilərin ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.
Region
29 İyun , 2024 12:30
İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - YENİLƏNİB

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

“Report” xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.

10:46

İran prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Farhikhtegan" qəzeti məlumat yayıb.

Birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.

Birinci turda üç mühafizəkar - parlament sədri Məhəmmədbağır Qalibaf, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edib.

Son xəbərlər

Orphus sistemi