KİV: Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır

KİV: Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədəki iki hərbi bazasını saxlamaqla bağlı danışıqlar aparır.
Region
14 Dekabr , 2024 01:45
KİV: Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır

Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədəki iki hərbi bazasını saxlamaqla bağlı danışıqlar aparır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.

“Moskva hazırda Suriyadakı mövcudluğunun və Rusiyanın Tartus və Latakiyadakı hərbi bazalarının əvvəlki statusunun saxlanması ilə bağlı yeni hakimiyyət nümayəndələri ilə danışıqlar aparır. Rusiya tərəfi müvəqqəti təhlükəsizlik zəmanəti alıb. Buna görə də hərbi bazalar hərbi bazalar həmişəki kimi fəaliyyət göstərir, - mənbə bildirib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov danışıqların “müsbət istiqamətdə” getdiyini bildirib.

Bu arada Azad Suriya Xəbər Şəbəkəsi (FSNN) Rusiya Aerokosmik Qüvvələrinə məxsus bir neçə hərbi-nəqliyyat təyyarəsinin Rusiyanın Suriyadakı Xmeymim aviabazasına eniş etdiyini bildirib. FSNN Rusiya bayrağı altında eniş edən İl-76 təyyarəsini əks etdirən video yayımlayıb.

Rusiya Müdafiə Nazirliyi təyyarələrin gəlişi barədə məlumat verməyib.

Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət ki, onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.

Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib.

Son xəbərlər

Orphus sistemi