Ukrayna ordusu Sevastopol körfəzinə hücum edib, Rusiyanın minaxtaran gəmisi zədələnib - YENİLƏNİB

Ukrayna ordusu Sevastopol körfəzinə hücum edib, Rusiyanın minaxtaran gəmisi zədələnib - YENİLƏNİB Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib
Region
29 Oktyabr , 2022 14:52
Ukrayna ordusu Sevastopol körfəzinə hücum edib, Rusiyanın minaxtaran gəmisi zədələnib - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumunu təsdiqləyib. 

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatda 9 PUA və 7 avtonom dəniz pilotsuz təyyarəsindən istifadə olunduğu qeyd edilib.

Bildirilib ki, hücum zamanı “İvan Qolubets” dəniz minaaxtaran gəmisi, eləcə də Cənub körfəzində bəzi infrastrukturlara ziyan dəyib.

13:17

Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.

Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.

Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi