Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb

Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.
Region
16 Dekabr , 2024 12:38
Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb

Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

"Syerra-Leone bayrağı altında üzən Türkiyəli sahibkara məxsus olan "Lady Fortune" gəmisinin heyəti Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bu mümkün deyil - su ehtiyatı demək olar ki, qurtarıb, ərzaq da tükənmək üzrədir, gəminin texniki vəziyyəti, mürəkkəb hava şəraiti və işəgötürənin vicdansız olması, yəni artıq altı aydır ki, onlara maaş verilməməsi ilə əlaqədar daha da ağırlaşır", - Həmkarlar İttifaqının nümayəndəsi bildirib.

O, heyət üzvlərindən birinin Türkiyə, digərlərinin isə Azərbaycan vətəndaşı olduğunu qeyd edib.

"Hazırda onlar Kerç boğazındadırlar, fəlakət siqnalı veriblər, lakin bu, əlverişsiz hava şəraiti ilə deyil, məhz onların aclıqla üzləşməsi ilə bağlıdır. Heyət Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib", - nümayəndə əlavə edib.

Son xəbərlər

Orphus sistemi