Kanadanın baş naziri: "Ukraynaya dəstəyimiz dəyişməzdir"

Kanadanın baş naziri: "Ukraynaya dəstəyimiz dəyişməzdir" ”Kanada dövlətinin Ukraynaya verdiyi dəstək dəyişməz olaraq qalır”
Region
7 Aprel , 2021 11:39
Kanadanın baş naziri: Ukraynaya dəstəyimiz dəyişməzdir
Castin Trüdo

”Kanada dövlətinin Ukraynaya verdiyi dəstək dəyişməz olaraq qalır”.

“Report” xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra tvitter səhifəsində yazıb.

O, Kanada ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləməsi ilə bağlı rəsmi Ottavanın mövqeyi dəyişməzdir.

Volodimir Zelenski tvitter səhifəsindəki cavabında Ukraynanın çətin vaxtında verdiyi dəstəyə görə C.Trüdoya təşəkkürünü bildirib. O, Kanadanın baş nazirini bu ilin avqustun 23-də keçiriləcək “Kırm platforması” sammitinə dəvət edib.

Qeyd edək ki, bu zirvə görüşündə xarici dövlətlərin liderlərinin iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi