ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib

ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib Rusiyanın Kursk vilayətinə hücum Ukrayna Silahlı Qüvvələrinə cəbhənin bir hissəsində təşəbbüsü müvəqqəti ələ almağa və bütün döyüş meydanında qarşıdurmanı davam etdirməyə imkan verib.
Region
12 Avqust , 2024 12:54
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib

Rusiyanın Kursk vilayətinə hücum Ukrayna Silahlı Qüvvələrinə cəbhənin bir hissəsində təşəbbüsü müvəqqəti ələ almağa və bütün istiqamətlərdə qarşıdurmanı davam etdirməyə imkan verib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hazırladıqları hesabatda bildirilib.

“2023-cü ilin noyabr ayından hərbi əməliyyatların getdiyi bütün ərazidə təşəbbüsə malik olmaq Rusiya tərəfinə Ukraynada döyüşlərin yeri, vaxtı, miqyası və tələbləri müəyyən etməyə imkan verib, Kiyev isə müdafiə əməliyyatlarına maddi və insan resursları sərf etmək məcburiyyətində olub. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatı Kremli və Rusiya Federasiyasının hərbi komandanlığını cavab tədbirləri görməyə və Ukrayna qoşunlarının hücuma başladığı əraziyə əlavə qüvvə və aktivlər göndərməyə vadar edib”, - sənəddə qeyd olunub.

Ukrayna mətbuatının məlumatına görə, artıq yeddinci gündür ki, Kursk vilayətində döyüşlər davam edir və Ukrayna qoşunları qərb və şimal-qərb istiqamətində irəliləməyə nail olub.

Son xəbərlər

Orphus sistemi