"General Polad Həşimov gəmisi" Ukraynadan günəbaxan yağı daşıyacaq

"General Polad Həşimov gəmisi" Ukraynadan günəbaxan yağı daşıyacaq İstanbuldakı Birgə Koordinasiya Mərkəzi şənbə günü Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.
Region
4 Sentyabr , 2022 02:18
General Polad Həşimov gəmisi Ukraynadan günəbaxan yağı daşıyacaq

"General Polad Həşimov gəmisi" Ukraynadan günəbaxan yağı daşıyacaq

“Report”un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Mərkəz Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.

"Birgə Koordinasiya Mərkəzi bu gün (dünən-red) 14 250 ton taxıl və digər ərzaq yükü olan iki gəminin yola salınmasına icazə verib. Sentyabrın 4-də "Mrc Lina" gəmisi Yujnı limanından Türkiyənin Mersin şəhər limanına 7,8 min ton günəbaxan yağı ilə yola düşəcək. Çernomorskdan "General Polad Həşimov" gəmisi 6,45 min ton günəbaxan yağı ilə Mersinə gedəcək", - xəbərdə deyilir.

Bundan başqa, sentyabrın 4-də hava şəraiti ilə əlaqədar hərəkəti ləngimiş Ukrayna limanlarından taxıl, qarğıdalı, noxud və digər ərzaq məhsulları daşıyan 10 yük gəmisi yola düşəcək. Gəmilər Çin, İspaniya, Hindistan, Misir, Niderland, Türkiyə, İtaliya və Yunanıstan limanlarına yollanacaq.

Mərkəzin məlumatına görə, Qara dəniz təşəbbüsü zamanı taxıl və ümumilikdə ərzaq ixracı üçün 1,8 milyon tondan çox yük daşınıb. 167 uçuş həyata keçirilib.

Bundan əlavə, Mərkəz səkkiz gəmiyə baxış keçirib. 12 yük gəmisinin yoxlanılması sentyabrın 4-nə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi