İsrail XİN başçısı Lavrovu Holokostu təhrif etdiyinə görə sərt tənqid edib

İsrail XİN başçısı Lavrovu Holokostu təhrif etdiyinə görə sərt tənqid edib İsrail xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovu yəhudilərlə bağlı sözlərinə görə sərt tənqid edib
Region
224
2 May , 2022 11:26
İsrail XİN başçısı Lavrovu Holokostu təhrif etdiyinə görə sərt tənqid edib

İsrail xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovu yəhudilərlə bağlı sözlərinə görə sərt tənqid edib.

“Report” xəbər verir ki, bu barədə israilli diplomat tviterdə paylaşım edib.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamaları həm bağışlanmaz və qəbuledilməz, həm də dəhşətli tarixi səhvdir. Yəhudilər Holokostda öz-özlərini öldürməyiblər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsi yəhudilərin özlərini antisemitizmdə ittiham etməkdir”, - nazir bildirib.

Eyni zamanda Rusiyanın Tel-Əvivdəki səfiri Anatoli Viktorov İsrail XİN-ə çağırılıb.

Xatırladaq ki, İsrail ictimaiyyətində S.Lavrovun xarici mətbuata müsahibəsi zamanı “Ukrayna Prezidenti Volodimir Zelenskinin özü yəhudidirsə, “neonasistləri” necə dəstəkləyə bilər?” sualına verdiyi cavab rezonans doğurub: “Səhv etmirəmsə, amma, məncə, Hitlerdə də yəhudi qanı olub. Bunun heç bir əhəmiyyəti yoxdur. Biz müdrik yəhudi xalqının “ən qızğın antisemitlər adətən yəhudilərdir” kəlamını eşitmişik. Necə deyərlər, meşə çaqqalsız olmaz”.

Qeyd edək ki, Rusiyada ümumqəbuledilmiş Holokost faktlarının inkarı cinayət məsuliyyətinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi