İrəvanın şəhərətrafında baş vermiş güclü partlayışda yaralananların sayı 7-yə çatıb – YENİLƏNİB 2

İrəvanın şəhərətrafında baş vermiş güclü partlayışda yaralananların sayı 7-yə çatıb – YENİLƏNİB 2 İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Region
7 İyun , 2024 01:45
İrəvanın şəhərətrafında baş vermiş güclü partlayışda yaralananların sayı 7-yə çatıb – YENİLƏNİB 2

İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində yaralananların sayı 7-yə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İrəvan-Sevan yolunda baş vermiş partlayış sonucunda daha 2 zərərçəkən xəstəxanaya yerləşdirilib. Ümumilikdə 7 vətəndaş tibbi yardım üçün müraciət edib. Zərərçəkənlərdən ikisi reanimasiya şöbəsindədir, səhhəti son dərəcə ağır qiymətləndirilir, dörd zərərçəkənin vəziyyəti stabildir. Bir vətəndaş ilkin tibbi yardımdan sonra buraxılıb”, – qurum diqqətə çatdırıb.

00:39

İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində azı beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İrəvan-Sevan yolunda baş vermiş partlayış və ardınca yanğın nəticəsində, ilkin məlumatlara görə, 5 vətəndaş xəstəxanaya yerləşdirilib”, – nazirliyin feysbuk səhifəsində diqqətə çatdırılıb.

23:32

İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə “Baqramyan 26” teleqram kanalı bildirib.

“Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, – kanalda qeyd olunub.

“911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək”, – ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi