İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterdəki heyət qəzadan sonra anındaca həlak olublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
İRNA agentliyi cəmiyyətin sədri Pir Hüseyn Kolivəndə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə qəzanın yeri barədə məlumat aldıqdan 40 dəqiqə sonra çatıblar: “Siqnal alındıqdan sonra qəza yerinə 40 dəqiqəyə çatılıb”.
Onun sözlərinə görə, Qızıl Ayparanın xilasediciləri helikopterin qalıqlarını dəniz səviyyəsindən 2,5 km yüksəklikdə aşkar ediblər. Axtarış-xilasetmə əməliyyatında 2 mindən çox xilasedici iştirak edib.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Helikopterdə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.