İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var
Region
- 04 yanvar, 2026
- 11:42
İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarələrindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.
"Mehr" Xəbər Agentliyi isə ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, İranda ümumxalq etirazlarında daha əvvəl üç nəfərin öldüyü bildirilmişdi.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.
Son xəbərlər
00:15
Tramp Rusiya ilə strateji silahlar sahəsində yeni müqaviləni dəstəkləyib
Digər ölkələr00:03
Tramp parlament seçkiləri ərəfəsində Yaponiyanın Baş naziri Takaiçini dəstəkləyib
Digər ölkələr23:55
Zelenski: Növbəti üçtərəfli danışıqlar ABŞ-də baş tuta bilər
Digər ölkələr23:50
Uitkoff: ABŞ, Rusiya və Ukrayna məsləhətləşmələri yaxın həftələrdə davam etdirəcək
Digər ölkələr23:29
Ermənistanla BƏƏ xidmətlər ticarəti və investisiyalar haqqında saziş imzalayıb
Digər ölkələr23:15
Əraqçi ABŞ ilə nüvə danışıqları üçün Omana yola düşüb
Digər ölkələr23:07
Gürcüstanda güclü qar səbəbindən Paravni aşırımı bağlanıb
Region22:49
Tramp: ABŞ Dieqo-Qarsiya adasındakı bazasını hərbi yolla qorumağa hazırdır
Digər ölkələr22:41