İranda 4,8 maqnitudalı zəlzələ baş verib
Region
- 03 noyabr, 2024
- 04:02
İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.
“Report”un məlumatına görə, bu barədə IRNA agentliyi xəbər yayıb.
Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.
Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib.
İranın digər agentliyi IRIB-in məlumatına görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib. Təbii hadisə həmçinin Qum şəhərində də hiss olunub; bu şəhər Tahran yaxınlığında eyniadlı əyalətin inzibati mərkəzidir.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Son xəbərlər
14:42
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Region14:41
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
İnfrastruktur14:31
"İZ Community": Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir
Elm və təhsil14:29
Foto
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
Mədəniyyət siyasəti14:22
Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb
Maliyyə14:20
"Real"ın futbolçusu Dani Karvahalın ayaq barmağında sınıq aşkarlanıb
Futbol14:19
Marian de Yonq: Qarabağa səfər Niderland nümayəndə heyəti üçün heyranedici oldu
Qarabağ14:11
Foto
Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir
Mədəniyyət siyasəti14:08