İran uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanı işə salıb

Region
  • 01 avqust, 2022
  • 18:01
İran uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanı işə salıb

İranın Atom Enerjisi Təşkilatı uranın zənginləşdirilməsi üçün bir neçə yüz yeni sentrifuqanın işə salınması barədə göstəriş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Behruz Kamalvəndi bildirib.

“Bu gün bir neçə yüz yeni sentrifuqanın işə salınması əmri verilib”, - o, İran dövlət televiziyasında deyib.

Rəsmi əlavə edib ki, bu barədə MAQATE-yə məlumat verilib.

44 filmi