İran Prezidentinin Rusiyaya səfər proqramı açıqlanıb

İran Prezidentinin Rusiyaya səfər proqramı açıqlanıb İran Prezident Məsud Pezeşkianın Rusiyaya səfər proqramı açıqlanıb.
Region
21 Oktyabr , 2024 17:26
İran Prezidentinin Rusiyaya səfər proqramı açıqlanıb
Məsud Pezeşkian

İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya səfər proqramı açıqlanıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanai bildirib.

Qeyd olunub ki, Məsud Pezeşkian BRİCS-ə üzv ölkələrin zirvə toplantısında iştirak üçün oktyabrın 22-də Tatarıstanın paytaxtı Kazan şəhərinə səfər edəcək.

Onun sözlərinə görə, İran Prezidenti Rusiya, Çin, Hindistan, Misir və başqa ölkələrin liderləri ilə münasibətləri inkişaf etdirmək məqsədi ilə ikitərəfli görüşlər keçirəcək. Mehdi Sanai deyib: “İndiki kritik dönəmdə İranın bu sammitdə iştirakı qlobal yanaşmalara aydınlıq gətirmək və regional diplomatiyanı inkişaf etdirmək baxımından, vacibdir”.

İnformasiyaya əsasən, oktyabrın 22-23 tarixlərində “Çoxqütblülüyün möhkəmləndirilməsi” mövzusunda baş tutacaq sammitə 30-a yaxın ölkə və təşkilatın nümayəndəsi qatılacaq.

Son xəbərlər

Orphus sistemi