İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib

İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.
Region
5 Fevral , 2025 10:53
İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib
İrakli Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 5-6 fevral tarixlərindəki səfər çərçivəsində onun Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə təkbətək və geniştərkibli görüşləri nəzərdə tutulub.

Həmçinin, İ.Kobaxidzeni Prezident Sarayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, təhsil və elm naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoğoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Son xəbərlər

Orphus sistemi