İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olunub

İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olunub PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub.
Region
30 mart 2025 17:53
İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli jurnalist həbs olunub

PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub.

“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, o, 2023-cü ilin yanvarın 11-də İsveçin Stokholm şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asıb. Yanvarın 13-ə Kaj Joakim Medin haqqında istintaq başladılıb.

İstintaq çərçivəsində Medin də daxil olmaqla 15 nəfər şübhəli şəxs saxlanılıb.

İsveçli "jurnalist"in dünən bir müddət əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunun həbsindən sonra başlayan aksiyaları işıqlandırmaq üçün İstanbula getdiyi müəyyənləşib. O, dərhal saxlanılıb. Sonra isə həbs olunub.

Orphus sistemi