​İranın “Daniznews.ir” saytında Bakıda Heydər məscidinin açılışı haqqında məqalə dərc edilib

​İranın “Daniznews.ir” saytında Bakıda Heydər məscidinin açılışı haqqında məqalə dərc edilib Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə ölkədə 500-dən çox məscid tikilib
Region
30 Dekabr , 2014 03:50
​İranın “Daniznews.ir” saytında Bakıda Heydər məscidinin açılışı haqqında məqalə dərc edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Iranın “Daniznews.ir” saytı regionda ən böyük məscid olan Heydər məscidinin açılışı haqqında məqalə dərc edib.

“Report” AzərTAc-a istinadən verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti ilə Bakıda inşa edilən bu məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Ornamentlərin zənginliyi fasadın arxitekturasında xüsusi harmoniya yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb.

Yazıda Prezident İlham Əliyevin məscidin açılış mərasimindəki çıxışından sitat verilib: “2012-ci ilin sentyabr ayında bu məscidin tikintisi başlamışdır. Cəmi iki il ərzində belə möhtəşəm memarlıq əsəri yaradılmışdır. Tikinti zamanı mən dəfələrlə burada olmuşam, işlərin gedişi ilə maraqlanmışam. Şadam ki, biz Heydər məscidinin tikintisinə qısa müddət ərzində nail ola bildik. Bu ərazi genişləndirildi, yeni yollar salındı. Bu məscidə üç istiqamətdən yeni yollar çəkilib, ərazi abadlaşdırılıb, mərasim zalı tikilib. Bu, doğrudan da tarixi hadisədir”.

Bildirilib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə ölkədə 500-dən çox məscid tikilib, yüzlərlə məscid təmir edilib.

Saytda qeyd edilib ki, Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir

Son xəbərlər

Orphus sistemi