​İran 114 ədəd "Airbus" təyyarəsi alacaq

Region
  • 17 yanvar, 2016
  • 07:04
​İran 114 ədəd Airbus təyyarəsi alacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ İran Avropanın təyyarə istehsalçısı olan "Airbus" şirkətindən 114 mülki hava gəmisi almaq qərarına gəlib.

"Report" TASNIM agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının nəqliyyat naziri Abbas Axundi məlumat verib.

"Biz "Airbus"la 114 təyyarənin alınmasına dair müqavilənin bağlanması istiqamətində ilk addımı atdıq", — deyə o qeyd edib.