Hakan Fidan Ciddədə suriyalı həmkarı ilə regional məsələləri müzakirə edib
- 25 avqust, 2025
- 16:20
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə suriyalı həmkarı Əsəd Həsən Əl-Şaibani ilə regional məsələləri müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar sessiyası çərçivəsində baş tutub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT XİN başçılarının növbədənkənar iclasına Türkiyə sədrlik edir.
Minister of Foreign Affairs @HakanFidan met with Asaad Hassan Al-Shaibani, Minister of Foreign Affairs of the Syrian Arab Republic, on the margins of the Extraordinary Session of the Council of Foreign Ministers of the Organization of Islamic Cooperation (OIC), in Jeddah. pic.twitter.com/DCNclidXIl
— Turkish MFA (@MFATurkiye) August 25, 2025