Gürcüstanın yeni baş naziri seçilib - YENİLƏNİB

Gürcüstanın yeni baş naziri seçilib - YENİLƏNİB Hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib
Region
20 İyun , 2018 17:13
Gürcüstanın yeni baş naziri seçilib - YENİLƏNİB
Gürcüstanın baş naziri Mamuka Baxtadze / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.


*** 13:41

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və “Azadlıq, sürətli inkişaf, firavanlıq” adlı proqarmına səs verəcəklər. 

İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəldilməsindən və iş yerlərinin açılmasından danışıb.

Son xəbərlər

Orphus sistemi