Gürcüstanın xarici işlər naziri ermənistanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
- 30 yanvar, 2025
- 05:43
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
The tête-à-tête meeting between FM @AraratMirzoyan & FM @MakaB__ commenced at @MFAofArmenia. pic.twitter.com/EkID6R9bMp
— Ani Badalyan, MFA Spokesperson (@ArmSpoxMFA) January 30, 2025
09:29
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistanda səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.
Bildirilib ki, o, səfər çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək.
Nazir həmçinin iki ölkənin Baş nazirlərinin rəhbərlik etdiyi Ermənistan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü sessiyasında iştirak edəcək.