Gürcüstanın vitse-spikeri avrointeqrasiyanın dayandırılmasını pisləyən XİN əməkdaşlarının istefasını tələb edib

Gürcüstanın vitse-spikeri avrointeqrasiyanın dayandırılmasını pisləyən XİN əməkdaşlarının istefasını tələb edib Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa inteqrasiyasının dayandırılmasını pisləyən Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının istefasını tələb edib.
Region
29 Noyabr , 2024 11:47
Gürcüstanın vitse-spikeri avrointeqrasiyanın dayandırılmasını pisləyən XİN əməkdaşlarının istefasını tələb edib
Nino Tsilosani

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa inteqrasiyasının dayandırılmasını pisləyən Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının istefasını tələb edib.

"Report"un yerli bürosu xəbər verir ki, vitse-spiker bu barədə sosial şəbəkə hesabında yazıb.

"Xarici İşlər Nazirliyində çalışırsınızsa, sizin üçün əsas söz "xarici" olmamalıdır, öz sözünüz olmalıdır!”, - deyə N.Tsilosani bildirib.

O vurğulayıb ki, Gürcüstana haqsız və ədalətsiz şəkildə namizəd statusunun verilmədiyi zaman bu insanlar heç bir etiraz və ya narazılıq göstərmədilər:

"Gürcüstan digər namizəd ölkələrdən daha yaxşı göstəricilərə sahibdir və belə bir vəziyyətdə, ölkənin davamlı olaraq təzyiqlərə məruz qalması qarşısında parlamentin qarşısında hansı məsələyə etiraz edildiyini anlamaq çətindir".

Qeyd edək ki, Gürcüstan XİN-in 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

Son xəbərlər

Orphus sistemi